"Vasmoy bazarı"nın keçmiş sahibi məhkəməyə şikayət verdi - "ÇOVDAROV İŞİ"

"Vasmoy bazarı"nın keçmiş sahibi məhkəməyə şikayət verdi - "ÇOVDAROV İŞİ"

 

Bakıda "Vosmoy" bazarının dövlət nəfinə müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verilib.

Sozcu.info xəbər verir ki, bazarın sahibləri olmuş Salman və Qəhrəman Səfərov qardaşları apellyasiya şikayətini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər. 

Onlar apellyasiya şikayətlərində bazarın geri qaytarılmasını tələb edirlər.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə "Vosmoy bazarı” kimi tanınan "8-ci km bazarı” dövlət nəfinə müsadirə edilib.

İstintaq sənədələrinə görə, "Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, bir hissəsi isə MTN-də nazir müavini olmuş Hilal Məmmədovun həyat yoldaşının adına olub.

Bu epizod üzrə isə Səfərov qardaşları zərərçəkmiş qismində tanınıb. Onlar bazarın A.Çovdarov və H.Məmmədov tərəfindən əllərindən zorla alındığını bildirib və bazarın geri qaytarılmasını istəyirlər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib./report/



Oxşar Xəbərlər

Xəbər lenti