Murad Bozun Bakıda yarım milyona gəldiyi toy kimindir? - FOTOLAR

 

Yanvarın 13-də yerli və xarici məşhurların iştirak etdiyi dəbdəbəli toyun səbəbkarları məlum olub.

"Boyuk Saray”da keçirilən və Murad Boz, Fərhad Köçər, Leonid Aqutinin qatıldığı gecə sosial şəbəkələrdə geniş müzakirə olunub.

Türkiyə mediası toyun sahibini azərbaycanlı iş adamı kimi təqdim edib.

 "Qafqazinfo” toyla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur. Onların valideynlərinin kimliyi ilə bağlı məlumat verilmir. Hətta, toya dəvət olunan məşhurlara bu barədə xəbərdarlıq edilib. Qeyd edək ki, Türkiyə mətbuatı Muradın Bakıdakı toydan aldığı qonorarın miqdarı barədə məlumat yayıb. Bildirilik ki, Boz azərbaycanlı iş adamından toyda iştriak müqabilində 400 min dollar ( təxminən 700 min AZN) pul alıb. İddia olunub ki, pop ulduz Türkiyədən Azərbaycana özəl təyyarə ilə gəlib.

 

 

 

 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti