8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İsrail ötən həftə Suriya ərazisinə endirilmiş kütləvi aviazərbələrin ardınca bu ölkə ilə sərhədə "Dəmir günbəz” raketdən müdafiə sistemi yerləşdirib.
Virtualaz.org xəbər verir ki, raketdən müdafiə kompleksinin fotoları internetdə yayılıb. Bu, İsrailin Suriyanın Hava Hücumundan Müdafiə sistemlərini tamamilə sıradan çıxarmaq üçün irimiqyaslı hücuma hazırlaşdığı barədə gözləntilərə səbəb olub.
Xəbər verildiyi kimi ötən həftə Suriyadan havaya qalxan İran pilotsuz kəşfiyyat təyyarəsi İsrail hava məkanına daxil olub və "Apachi” vertolyotundan buraxılan raketlə vurulub. Bunun ardınca İsrail Hərbi Hava Qüvvələrinin 8 F-16 və F-15 qırıcısı Suriya ərazisindəki "İran hədəflərinə”, o cümlədən Palmira yaxınlığında İran dronlarının mənzilləndiyi T-4 aviabazasına zərbələr endirib. Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri İsrail aviasiyasına şiddətli müqavimət göstərib və bir F-16 təyyarəsi vurulub. Pilotlar katapult edə biliblər. Təyyarənin vurulmasına cavab olaraq İsrail Suriyanın Hava Hücumundan Müdafiə sistemlərinə qarşı ikinci kütləvi aviareyd həyata keçirib, 8 HHM batareyası sıradan çıxarılıb.
İsrail Hərbi Hava Qüvvələri 2006-cı ildən bəri ilk dəfədir döyüş şəraitində təyyarə itirir və bu hadisə geniş rezonans doğurub. İsrail mətbuatının yazdığına görə aviareyd zamanı 4 F-16 təyyarəsi böyük hündürlükdə uçurdu və görünür pilotlar arxayın idi ki, Suriya İsrail ərazisinə raket buraxmağa risk etməz. Lakin Suriya ordusunu buraxdığı raket İsrail ərazisinin şimalında F-16 qırıcısının yaxınlığında partlayıb. Hansı ki, təyyarələr aşağı hündürlükdə uçsaydılar Suriya raketlərinin onları hədəfə alması çətin olacaqdı.
İndi İsrail Hərbi Hava Qüvvələri taktikanı dəyişməlidir və belə görünür ki, Suriya ərazisinə müntəzəm aviareydlər zamanı hədəf təkcə "İran hərbi obyektləri” olmayacaq. Suriyanın Hava Hücumundan Müdafiə sistemi də hədəf alınacaq. Suriya ilə sərhəddə "Dəmir günbəz” raketdən müdafiə sistemlərinin bir neçə batareyasının yerləşdirilməsi isə gözlənilən kütləvi zərbələr zamanı cavab zərbələrinin qarşısını almaq məqsədi daşıyır.