"Xəbərdən olduqca kədərləndim..." - İlham Əliyev Trampa məktub göndərdi

 Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.


Mia.az həmin məktubu təqdim edir:

"Hörmətli cənab Prezident,

 Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


Oxşar Xəbərlər

Xəbər lenti