7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Birinci vitse-prezident Mərkəzin binasında yaradılmış şəraitlə tanış olub.
Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış ediblər.