8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması haqqında dövlət başçısı İlham Əliyevin sərəncam imzalaması xəbəri 21 fevral tarixi üçün dünyada baş vermiş ən ciddi siyasi hadisədir. Prezident İlham Əliyevin bununla bağlı sərəncamının dərhal bütün dünyada yayılması, çoxsaylı şərhlərə səbəb olması da göstərir ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması 21 fevral tarixinin ən böyük siyasi hadisəsidir. Bu xəbərə bütün dünya boyunca medianın həssas münasibəti həm də onu təsdiqlədi ki, prezident İlham Əliyevin bu qərarı alternativi olmayan qərardır. Əlbəttə, prezident bu vəzifəyə istənilən şəxsi təyin etmək kimi konstitusion hüquqa sahibdir. Ancaq o da inkar edilməzdir ki, prezident İlham Əliyev Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə başqa bir şəxsi təyin etsəydi bu qədər diqqət çəkməzdi. Hətta onu da demək olar ki, başqa bir şəxsin təyinatı Birinci vitse-prezident vəzifəsinin əhəmiyyətini, nüfuzunu, siyasi çəkisini azalda bilərdi.
Prezident İlham Əliyev Mehriban Əliyevanı Birinci vitse-prezidenti kimi Təhlükəsizlik Şurasına təqdim edərkən deyib ki, Mehriban xanımın həyatında yeni dövr başlayır. Əslində Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi Azərbaycanın müasir siyasi həyatında yeni bir dövrün başlanğacıdır. Azərbaycan cəmiyyəti bu təyinatı gözləyirdi. Bu, hətta sosial sifarişə çevrilmişdi. Çünki, Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini olmasına baxmayaraq müstəqil siyasətçi hesab olunur. Yeri gəlmişkən qeyd edək ki, bir çox əcnəbi şərhçilər də Mehriban Əliyevanı müstəqil siyasətçi olduğunu hesab edirlər. Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması mövcud hakimiyyətin siyasi kursunu dəyişməsə də, onu hökmən redaktə edəcək. Bu redaktənin də alternativi yoxdur. Məhz buna görə hakim komandaya daxil olmayan siyasətçilər, ziyalılar və din xadimləri Mehriban Əliyevanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatını alqışlayıb, dəstəklərini ifadə ediblər. Bu dəstəyin nəticəsini isə yaxın günlərdə daha aydın hiss ediləcək.
Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması həm də Mehriban xanımın üzərinə əlavə vəzifələr qoyur. Azərbaycanın ictimai-siyasi həyatında çox yaxından iştirak etməsinə baxmayaraq Mehriban Əliyeva siyasi qərarların qəbulunda və icrasında birbaşa iştirak etmirdi. İndi isə o bu qərarların qəbulu və icrasında prezidentdən sonra birinci şəxsə çevrilib. Bu isə həm də məsuliyyət deməkdir. Əlbəttə, onun bu məsuliyyətin öhdəsindən uğurla gələcəyi şübhəsizdir.
Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi ilə Azərbaycanın siyasi və sosial-iqtisadi həyatında ciddi dəyişiklilərin baş verəcəyinə və daha humanist xarakter alacağı da cəmiyyətin gözləntilərindəndir. Tezliklə bu gözlətilərin reallaşmasının şahidi olmağa başlayacağıq.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti