Səfər Əbiyevin sabiq müavini Ali Məhkəməyə müraciət edib –Mənimsədiyi 1,2 milyon manatı geri qaytarmaq istəyir

Səfər Əbiyevin sabiq müavini Ali Məhkəməyə müraciət edib –Mənimsədiyi 1,2 milyon manatı geri qaytarmaq istəyir

 

Sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimov Ali Məhkəməyə müraciət edib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin M.Səlimovun Müdafiə Nazirliyində işləyərkən mənimsədiyi 1,2 milyon manatın geri qaytarmasına qərar verib. O, bəraət istəyi ilə müraciət etdiyi apellyasiya instansiyasından rədd cavabı alıb. Bu qərardan isə kassasiya şikayəti verib. Keçmiş nazir müavinin azadlıq istəyi ilə bağlı bu dəfə hakim Gülzar Rzayeva yekun qərar verəcək.



Oxşar Xəbərlər

Xəbər lenti