"Ermənistanın öz ərazilərinə qalsa, 1 stul düzəltməyə yararlı meşə ağacları yoxdur" - NAZİRLİK

"Ermənistanın öz ərazilərinə qalsa, 1 stul düzəltməyə yararlı meşə ağacları yoxdur" - NAZİRLİK

 

İşğal altındakı Dağlıq Qarabağ ərazilərində Azərbaycanın iki təbiət qoruğu var.

Sozcu.info xəbər verir ki, bunu Ekologiya Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib.

O qeyd edib ki, həmin qoruqlar Bəsitçay və Qaragöl qoruqlarıdır: "Həmin qoruqlar 109 və 300 ha əraziyə malikdir. Bəsitçay qoruğunda, əsasən, Xan çinarı ağaclarıdır.

S.Abbasov bildirib ki, bundan başqa, Dağlıq Qarabağda 260 min hektar meşə, Qazax, Goranboy və Füzuli rayonlarının işğal altındakı ərazilərində isə 4 min hektar meşə sahəsi qalıb:

"Həmin meşələr ermənilər tərəfindən məhv edilir. Bu, Ermənistanda mebel sənayesinin inkişaf etməsindən bəllidir. Ermənistanın öz ərazilərinə qalsa, onların 1 stul düzəltməyə yararlı meşə ağacları yoxdur"./ Trend/



Oxşar Xəbərlər

Xəbər lenti