8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ekspert qeyd edib ki, cari ilin beş ayında DGK-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1325,6 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 350,7 milyon manat və ya 36% çoxdur: "Bu ilin beş ayı üzrə proqnoz tapşırıq 359 milyon manat və ya 37%-dən çox artıqlaması ilə yerinə yetirilib”-deyə ekspert vurğulayıb.
Q.İbrahimli daha sonra bildirib ki, hazırda 2018-ci ilin dövlət büdcəsində DGK tərəfindən təmin edilməli daxilolma 2.430 milyard manat məbləğində proqnozlaşdırılıb. Bu da təqvim ayları üzrə proporsional bölgü qaydasında 202,5 milyon manat orta aylıq proqnoz deməkdir.
Ekspertin sözlərinə görə, 2018-ci ilin beş ayı ərzində illik proqnoz tapşırığın yarıdan çoxu, yəni 54,6%-i yerinə yetirilib: "Orta aylıq daxilolma isə 265,1 milyon manat olub. Son üç ayın nəticələrini əsas götürərək, növbəti yeddi ayda da hər ay daxilolmanın 280 milyon manatdan yuxarı olacağını düşünsək, deyə bilərik ki, DGK illik proqnoz tapşırığı hələ doqquz ayın yekununda artıqlaması ilə yerinə yetirmiş olacaq. İlin yekununda da illik proqnoz tapşırıq təqribən 900 milyon manat və ya 37% artıqlaması ilə icra olunacaq”.
İqtisadçı vurğulayıb ki, ilin yekununda Vergilər Nazirliyinə aid proqnoz tapşırığın yerinə yetirilməsində problem olmazsa, 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş büdcə kəsiri Dövlət Gömrük Komitəsinə aid proqnoz tapşırığa artıq əməl etmə hesabına aradan qaldırıla bilər.
Xatırladaq ki, 2018-ci ilin dövlət büdcəsində büdcə kəsirinin yuxarı həddi 920 milyon manat məbləğində təsdiq edilib və onun maliyyələşdirilməsi 891 milyon manat özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2018-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) və 29 milyon manat Avropa Birliyinin qrantından daxilolmalar hesabına həyata keçirilməsi nəzərdə tutulub.
Turqut