Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ötən gün dəyərinin daha 17 faizini itirəndən sonra Türkiyə lirəsi bu gün səhər saatlarından başlayan hərracda dollarla müqayisədə nisbi dəyər qazanmağa başlayıb.
Sozcu.info virtualaz.org-a istinadən bildirir ki, hazırda 1 ABŞ dolları təqribən 6.62 TL səviyyəsindədir (Bakı vaxtı ilə saat 10.55-ə olan məlumat). Bu, dolların məzənnəsinin ötən günə nisbətən 3.37 faiz aşağı enməsi deməkdir.
Bundan bir gün əvvəl 1 ABŞ dolları 7 TL-dən baha satılırdı. Lakin belə görünür ki, Mərkəzi bankın dünən açıqladığı tədbirlər, banklara valyuta ilə borc limitinin artırılması ajiotajı qismən səngidib.
Lakin bank sektorunda bildirirlər ki, Mərkəzi Bankın gördüyü tədbirlər ancaq müvəqqəti xarakterli olacaq. Və uzunmüddətli planda məzənnəy təsir edən amilləri aradan qaldırmır. Bunun üçün investorların ölkədən kapital axınını dayandırması üçün münasib iqlim yaradılmalı, makroiqtisadi göstəricilərin yaxşılaşdırılması üçün tədbirlər görülməlidir.