17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Rusiya Federasiyası baş prokurorunun erməni müavini həlak olub.
Bu haqda Rusiya KİV-ləri məlumat yayıb. Məlumata görə, Rusiya baş prokurorunun Saak Karapetyan helikopter qəzası nəticəsində ölüb. Hadisənin Kostroma vilayətinin şimal-qərb istiqamətində qeydə alındığı bildirilir. Qəzada prokuror müavini ilə yanaşı, daha 2 nəfərin həlak olduğu da qeyd olunub.
Erməni mənşəli prokurorun məzuniyyətdə olduğu və istirahət üçün Kostroma vilayətinə səfər etdiyi məlumdur.
Saak Karapetyan 1960-cı ildə Rostov vilayətinin Sovetski xutorunda anadan olub. Onun 17 yaşlı oğlu 2000-ci ildə yol qəzasında ölmüşdü.