Həyat yoldaşının ona qarşı ifadə verməsi xəbəri Cahangir Hacıyevə çatdı

Həyat yoldaşının ona qarşı ifadə verməsi xəbəri Cahangir Hacıyevə çatdı

 

Həbsindən əvvəl israrla bu mülkləri ərinin biznesindən gələn halal pulla aldığını iddia edən Zamirə Hacıyeva "val”ı dəyişməyə məcburdur, amma...

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın "kraliça” həyatına son verilib. Məlum olduğu kimi, Londonda məhkəmənin qərarı ilə pul müqabilində zaminə buraxılan Zamirə Hacıyevanın qoluna elektron bilərzik vurulub. Bundan sonra bu xanım hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir. O, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxa bilməz. Bundan başqa, məhkəmə qərarına əsasən, Z.Hacıyevanın pasportu da polisdə saxlanılacaq.

Z.Hacıyeva külli-miqdarda qonorarın hesabına peşəkar vəkillərdən ibarət qrup toplayıb ki, Ceyms Lyuis kimi nüfuzlu vəkil də onların arasındadır. Amma vəkillər artıq "ilk raunda” uduzublar. Belə ki, onlar Z.Hacıyeva ilə bağlı prosesin gizliliyin təmin edilməsi barədə qərara nail ola bilməyiblər. Artıq dünya mediasında "zəngin və bədxərc Zamirə” mövzusu müzakirə edilir. Bu anonimlik ciddi korrupsiya qalmaqalında qurtulmağa çalışan Z.Hacıyeva və vəkilləri üçün çox mühüm idi. Amma Britaniya məhkəməsi də ölkədə ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində hədəfə gələn Z.Hacıyeva mövzusunun müzakirəsində maraqlıdır. İllərdir ki, çirkli pulların yuyulması ittihamı ilə üzləşən Britaniya hökuməti Z.Hacıyevanın yaxasının ələ keçməsindən məmnundur və bunu bir az da piar kampaniyası kimi istifadə edəcəyi istisna deyil. Çünki "İzahedilməz Sərvət Sərəncamı” Z.Hacılyeva ilə yekunlaşacaq araşdırma deyil, sırada müxtəlif ölkələrdən qaçıb Britaniyaya sığınmış bir çox sabiq oğru məmurlar və oliqarxlar da var.

zamirə hacıyeva ile ilgili görsel sonucu

Z.Hacıyevanın böyük vəsait hesabına ev dustaqlığa buraxılmasından sonra məlum olub ki, o, həyat yoldaşına qarşı ifadə verib. "Daily Mail” nəşrinin verdiyi məlumata görə, məhkəmədə çıxış edən Z.Hacıyeva qeyd edib ki, Londondakı bütün əmlakı əri əldə edib. "2009-cu ildə ərim çox imkanlı adam idi. Biz 1997-ci ildə evlənmişik, o isə kapitalını 90-cı illərin əvvəllərindən artırmağa başlayıb”, - Zamirə Hacıyeva London Ali Məhkəməsində deyib. Z.Hacıyeva hakimləri inandırmağa çalışıb ki, ərinin Böyük Britaniyada daşınmaz əmlakın alınmasına xərclədiyi pullarının mənbəyindən xəbəri olmayıb.

"Bütün daşınmaz əmlak alışları ilə ərim məşğul olurdu. Onun həyata keçirdiyi ödənişlərin heç biri barədə xəbərim yox idi. Mən bu pulların mənbəyi haqqında da bilmirəm”, deyə, o bildirib.

Z.Hacıyevanın ərinə qarşı niyə ifadə verməsinin səbəbləri aydındır. O, bütün məsuliyyəti məhkəmə hökmü ilə 15 il həbs cəzası almış və tezliklə daha bir məhkəməsi başlayacaq ərinin üzərinə qoymaqla məsuliyyətdən yayınmağı hədəfləyib. C.Hacıyev bu ifadədən sonra da itirəcəyi bir şeyi qalmayıb, yeni ittiham təsdiqlənərsə, ona daha 10 il həbs cəzası verilə bilər. Belə görünür ki, həbsindən əvvəl israrla ərinin bu mülkləri biznesindən gələn halal pulla aldığını iddia edən Z.Hacıyeva ilə "val”ı dəyişməyə məcburdur. Amma mülklərlə bağlı məsuliyyəti üzərindən atmaq istəyən Z.Hacıyevanın Britaniya hökumətinə xərclədiyi pulların hesabatını verməli olacaq. Z.Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı "Harrods”da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib. Bunları da C.Hacıyevə "yükləmək” bir qədər problemli ola bilər...

zamirə hacıyeva ile ilgili görsel sonucu

Z.Hacıyevanın Azərbaycan tərəfinin tələbi əsasında saxlanıldığını Britaniya məhkəməsi təsdiqləsə də, rəsmi Bakı bu məsələ barədə şərh verməyə tələsmir. Hələ iki il öncə Hacıyevlərin vəkili Aqil Layıcov bankirin xanımının həbs edilib gətirilməsi üçün Londona xüsusi əməliyyat qrupu göndərildiyini demişdi. Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə (mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə) maddələri üzrə ittihamlar irəli sürülüb.

Amma bu müddət ərzində Londonda belə görünür ki, pulları sağa-sola xərcləyən Z.Hacıyeva qorxusuz yaşayıb.

zamirə hacıyeva ile ilgili görsel sonucu

Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) rəsmisi bildirib ki, Z.Hacıyeva məsələsi artıq siyasi və beynəlxalq məsələyə çevrilib. Bundan sonra müsadirə edilən əmlakın dəyəri Birləşmiş Krallıq hökumətinin ixtiyarına veriləcək və bunun ardınca Britaniya və pulun mənbəyi olan ölkə arasında qaytarılacaq məbləğ barəsində birbaşa danışıqlar gedəcək.

Bu arada isə C.Hacıyevlə bağlı məhkəmə olub. Qaradağ Rayon Məhkəməsində keçirilən sabiq bankirin cəzaçəkmə müəssisindən istintaq təcridxanasına köçürülmə müddəti 2019-cu ilin yanvarın 15-nə qədər uzadılıb. Məlumatlı mənbə "Yeni Müsavat”a bildirib ki, C.Hacıyev xanımı ilə bağlı Londondakı bütün proseslərdən, onun əleyhinə ifadə verməsindən xəbərdardır və çox narahatdır.



Oxşar Xəbərlər

Xəbər lenti