Mübariz İbrahimovu təhqir edən psixoloq ÜZR İSTƏDİ - VİDEO

 

Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərlə tənqid hədəfinə çevrilən psixoloq Nərmin Şahmarzadə qəhrəmanın ailəsindən üzr istəyib.
Sozcu.info  xəbər verir ki, o, bu barədə sosial şəbəkədə video yayıb:
""Facebook"da Mübariz İbrahimovun atasından müsahibə alıblar. Çox təəssüf ki, adama fikirlərimi yanlış çatdırıblar. Bu çox acınacaqlıdır. Nə statusumda, nə videomda heç kəsin oğluna qatil deməmişəm. Oğul itirmiş birinə bu şəkildə yalan demək heç etik deyil. Əgər bu xəbər onu incidibsə, şəxsim adıma sırf MÜbariz İbrahimovun valideynlərindən üzr istəyirəm".



 


Oxşar Xəbərlər

Xəbər lenti