Mətbuat Şurasının sədr müavini bağlanan qəzetlərdən danışdı:“Niyə bu qədər insanları işsiz qoydular?"

 

Xəbər verdiyimiz kimi, ötən gün KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı qaydaları dəyişdi. 
Artıq bir sıra qəzetlər yaranmış yeni situasiyanı dəyərləndirərək operativ qərar qəbul ediblər. Məsələn, KİVDF-nin iclasından az sonra "Bizim Yol”,  bu gün "Unikal” qəzeti fəaliyyətini dayandırdığını bəyan edib.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli  isə "Yeni Sabah”a açıqlamasında KİVDF-nin  qəzetlərin maliyyələşməsi ilə bağlı yeni şərtlərinin sərt olmadığını deyib: "Sadəcə yeni dövrün şərtləri açıqlanıb və buna uyğun olaraq qəzetlər öz fəaliyyətini qurmalıdırlar. Şərtlər havadan götürülməyib və heç bir ağırlığı yoxdur. Artıq KİV-lərin layihələrinə 10 ildən çoxdur ki, yardım göstərilir. 10 il müddətində KİV-lər öz fəaliyyətlərini qurub uyğunlaşdırmalıdırlar. Və əksəriyyəti maliyyədən istifadə edərək öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurub. Kimlər  işinə davam edə bilirsə, etsin.  Edə bilmirlərsə, bu , redaksiyanın qərarından asılıdır”.

M.Ələsgərli "Unikal” və "Bizim yol” qəzetlərinin fəaliyyətini dayandırmasına da münasibət bildirib: "Hər iki qəzetin işini dayandırması, açığı, çox qəribədir. Çünki KİVDF yalnız ayrı-ayrı layihələri maliyyələşdirir. Yəni bu, qəzetin bütün fəaliyyətini maliyyələşdirmək demək deyil. Qəzetlərin başqa gəlir mənbələri var və bununla  işlərinə davam edə bilərlər. İndiyə qədər instusiyonal fəaliyyətlərini qurmalıydılar. Əgər bunu bacarmırlarsa, öz günahlarıdır. Digər tərəfdən KİVDF  maliyyə yardımından tamamilə imtina etmir.  Həmin KİV-lər internet vasitəsilə  fəaliyyətini davam etdirib maliyyədən faydalana bilərlər. Lakin dediyim kimi iki qəzet niyə bağlandı, niyə bu qədər insanları işsiz qoydular, yeni şərtləri  qəti formada qəbul etdilər – bunun səbəbləri mənə də çatmır”.



Oxşar Xəbərlər

Xəbər lenti