Bu gün, 14:38
Dünən, 13:06
23-01-2021, 12:15
22-01-2021, 10:12
21-01-2021, 14:03
Azərbaycanın Qazaxstan Respublikasındakı səfirliyindən verilən məlumata görə, dünən paytax Nur-Sultan şəhərin ad gününə həsir olunmuş iki günlük, "Şatıq” gənc istedadlar beynəlxalq festivalın açlış mərasimi olmuşdur. Gənc artistlər bir neçə janrda, yəni vokal, xoreoqrafiya, instrumental, orijinal və moda teatrı üzrə mübarizə aparacaqlar. Ənənəvi olaraq hər il keçrilən festival bu dəfə "Jastar qalası – el oba" şüarı altında keçiriləcək və bu, təsadüfi deyil. Çünki Qazaxstanın birinci prezidenti, Elbası 2019-cu ili respublikada "Gənclər ili” elan etmişdi. Azərbaycan səfirliyi bu tədbirdə dünyanın bir çox dövlətləri ilə yanaşı Azərbaycan uşaq rəqs ansambılının iştirak etdiyini bildirdi. Ölkəmizi təmsil edən uşaq rəqs qrupu "Naz eləmə" və "Mənim Azərbaycanım" rəqs nömrələrini müsüflər heyətinə və tamaşaçılara təqdim edəcəklər. Sonda onu da əminliklə qeyd etmək olar ki, Nur-Sultan şəhər akimiyəti binası qarşısında keçrilən Gənc istedadlar Beynəlxalq Festivalda iştirak edən Azərbaycan nümayəndələri şəhərdə yaşayan çox saylı soydaşlarımız tərəfindən dəstəklənəcəklər.
Sozcu.info