17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Balakən rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı cinayət işi başlanılıb.
Sozcu.info xəbərinə görə, hadisə dekabrın 18-də saat 19 radələrində, rayonun Yeni Şərif kəndində baş verib.
Belə ki, 1958-ci il təvəllüdlü Bağırov Məhəmməd Əhməd oğlu ailə münaqişəsi zəminində oğlu, 1985-ci il təvəllüdlü Bağmanov Əhmədov Məhəmməd oğlundan qisas almaq məqsədi ilə yaşadığı evdən ov tüfəngini götürüb, içərisinə 1 ədəd qırmalı patron yerləşdirərək bir dəfə atəş açıb.
Nəticədə Ə.Bağmanov sağ üz nahiyyəsindən güllə yarası alıb. Bundan başqa, hadisə zamanı Ə.Bağmanovla birgə masa ətrafında əyləşən bacısı, 1980-ci il təvəllüdlü Anarəcəbova Məryəm Məhəmməd qızı, anası, 1968-ci il təvəllüdlü Bicilova Havva Abbas qızı və qızı 2018-ci il təvəllüdlü Bağmanova Xədicət Əhmədov qızı yaralanıb. Yaralılar Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə baxış keçirilib və faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin edilib.