7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Bu gün Türkiyə Böyük Millət Məclisində İdliblə bağlı keçirilən iclasda Prezident Ərdoğan haqqında təhqir xarakterli fikirlər işlətdiyinə görə hakim AKP-çilərlə müxalif CHP-li deputatları arasında dava düşüb.
Sozcu.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.
Bundan sonra hakimm partiya üzvləri ona etirazını ifadə ediblər. Bu zaman tərəflər arasındakı "söz atışması" əlbəyaxa davaya çevrilib.
Yayılan videolarda AKP-li deputatlardan birinin Engin Özkaça yumruq zərbəsi endirdiyi aydın görünür.
Məsələ ilə bağlı açıqlama verən AKP sədrinin müşaviri Numan Kurtulmuş CHP-li deputatın hüquq qarşısında cavab verəcəyini bəyan edib.
Məlumata görə, Ankara prokurorluğu Özkoç haqqında "Cümhur başqanına həqarət" ittihamı ilə cinayət işi açıb.