Biləsuvarda silahlı insident: qonşusuna atəş açan şəxs saxlanıldı

Biləsuvarda silahlı insident: qonşusuna atəş açan şəxs saxlanıldı

 

Biləsuvar rayonunda xuliqanlıq hadisəsi törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sozcu.info-ya verilən məlumata görə, hadisə iyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində baş verib.

Kənd sakini O.Muradovun xuliqanlıq zəminində qonşusu A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olan "İJ-58” markalı ov tüfəngi götürülüb.


Oxşar Xəbərlər

Xəbər lenti