8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Digər tərəfdən isə Pakistan, Meksika və digər dövlətlərin Parlamentlərinin Xocalıda Azərbaycan türklərinin soyqırımına hüquqi qaydada qiymət verib, tanıması, Gürcüstan Parlamenti üçün beynəlxalq hüquqa əsaslanan hüquqi baza hazırlayıb. Deyə bilərəm ki, Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb. Elmar Həsənov qeyd edib ki, Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB), 1992-ci ildə, Xocalıda, erməni faşistləri tərəfindən Azərbaycan türklərinin soyqırımının törədilməsi faktına və cinayətinə Gürcüstan Parlamenti tərəfindən hüquqi qiymət verilməsi və tanınması üçün Gürcüstan Konstitusiyasına uyğun olaraq hüquqi prosedur başladır. 1992-ci ildə Xocalıda törədilmiş, Azərbaycan türklərinin soyqırımı faktı və cinayəti barədə sənədlər və rəsmi müraciət Gürcüstan Parlamentinə təqdim ediləcək. GQTB Sədri Elmar Həsənov vurğulayıb ki, Gürcüstan Parlamentində Xocalı soyqırımını bəşəriyyətə qarşı törədilən cinayət faktı olaraq qəbul edən çox sayda gürcü millət vəkili var. Mən əsasən soydaşlarımızı təmis edən, Gürcüstan Parlamentinin deputatları Savalan Mirzoyev, Azər Süleymanov, Mahir Dərziyev və Ruslan Hacıyevin Xocalı soyqırımına hüquqi qiymət verilməsində qətiyyət göstərəcklərinə əminəm. Bu dörd deputatın üzərinə ciddi məsuliyyət duşur. Onlar Xocalı soyqırımının Gürcüstan Parlamentində müzakirəyə çıxarılması və tanınması üçün maksimum səlahiyyətlərindən istifadə etməlidirlər. Bu onların bəşəriyyət qarşısında borçlarıdır. Savalan Mirzoyev tərəfindən Gürcüstan Parlamentində Xocalı soyqırımı ilə bağlı başladılan proses təqdirə layiqdir. 1992-ci ildə Xocalıda, Azərbaycan türklərinin soyqırımı, bəşəriyyətə qarşı törədilən ən ağır cinayətlərdən biridir. Bu cinayət faktı 1939-1945-ci illərdə Avropada, Yəhudilərin soyqırımı səviyyəsində olan bir qanlı aksiyadır və bütün dünya dövlətlərinin Parlamentləri buna hüquqi qiymət verməlidirlər.
Sozcu.info