7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
"Bizim Dəməşqdəki rejimlə rəsmi təmas qurmağımızdan söhbət gedə bilməz və bu müzakirə mövzusu deyil”.
"Report” "Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
"Astana çərçivəsində 3 təminatçı dövlətdən biri olaraq, Suriya ərazisində baş verən hadisələri əlaqələndirmək üçün mexanizm yaratmışıq. Vaxtaşırı olaraq bu mesajlar Rusiya və İran vasitəsilə Dəməşqdəki rejimə də çatdırılır”, – o, vurğulayıb.
İ.Kalın bildirib ki, bu çətin və dolayı bir mexanizmdir: "Fövqəladə şəraitdə zərurət yaranarsa kəşfiyyat qurumumuzun birbaşa və ya dolayı yolla təmas qurması mümkündür. Ancaq Ankara-Dəməşq arasında siyasi və başqa sahələrdə birbaşa təmas qurulmasından söhbət gedə bilməz”.
Qeyd edək ki, BMT Suriyada Bəşşar Əsəd hökumətini tanıyır. Amma rəsmi Ankara onun legitimliyini qəbul etmir.