Bakıda musiqiçi özünü öldürdü - TƏFƏRRÜAT

Bakıda musiqiçi özünü öldürdü - TƏFƏRRÜAT

 

Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sözçü info criminal.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində sirkə içərək özünü zəhərləyən və xəstəxanada vəfat edən 44 yaşlı Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı olub. Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış.

***

Bakıda intihar olub.

Sözçü info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1957-ci il təvəllüdlü Pircan Nurməmməd oğlu Həsənov sirkə turşusu içərək intihar edib. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan P. Həsənovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa/



Oxşar Xəbərlər

Xəbər lenti