7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
ATƏT PA-dan verilən məlumata görə, aprelin 11-də keçiriləcək Prezident seçkiləri üçün monitorinq missiyasına Marqret Kiner Nellen (İsveçrə) rəhbərlik edəcək.
Gələn həftə Bakıya gələcək ATƏT PA-nın nümayəndə heyətinin tərkibinə 20-dən çox ölkənin 40 parlament üzvü daxildir.
"Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək üçün bu mühüm seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik etmək mənim üçün qürurvericidir. Assambleya həyata keçirilən hər missiyaya böyük əhəmiyyət verir və bütün seçkiləri ATƏT-in 1990-cı ildə qəbul edilmiş Kopenhagen sənədində razılaşdırılmış eyni öhdəliklər əsasında qiymətləndirir”, – Marqret Kiner Nellen qeyd edib.
Daha əvvəldən bildirildiyi kimi, ATƏT PA müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) olub/Report