Köçəryan azərbaycanlı jurnalistə Paşinyandan danışdı:“Hakimiyyət çamadan deyil...”

Köçəryan azərbaycanlı jurnalistə Paşinyandan danışdı:“Hakimiyyət çamadan deyil...”

 

"Hakimiyyət çamadan deyil ki, kimsə onu götürsün və Nikol Paşinyana versin”.
Bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan aprelin 29-da NTV kanalında yanımlanan "İradə Zeynalova ilə həftənin nəticələri” proqramında deyib.

"Nikol Paşinyan nə tələb edir? Hakimiyyəti mənə indi verin. Amma hakimiyyət çamadan deyil ki, kimsə onu götürsün və Nikol Paşinyana versin. Bu, konkret insanlardır, bu parlamentdir, bu deputat korpusudur, onların öz mənliyi var. Böyük bir insan kütləsini məcbur, şantaj etmək, öz vicdanına, siyasətdə öz baxışları, öz təsəvvürləri əleyhinə getməyə məcbur etmək, düşünürəm ki, bu tam sonuncu tədbirdir”, – o deyib.( Virtualaz.org)



Oxşar Xəbərlər

Xəbər lenti