“Mənim itim, pişiyim də ona qulaq asmaz” - Əməkdar artist - VİDEO

“Mənim itim, pişiyim də ona qulaq asmaz” - Əməkdar artist - VİDEO

 

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

Sozcu.info  xəbər verir ki, əməkdar artist müğənni Damlanın şəklini cırmasından danışıb:

"Konservatoriya, bəstəkarlıq və musiqi təhsiliniz olmadan bu camiaya düşmüsüz. Xalq sizi toylarına çağıra bilər. Kimsə hansısa müğənninin mahnılarının evində səslənməsini istəyə bilər, onlara hörmət edirəm. Şəxsən mənim evimdə, hətta əşyaların belə o musqini eşidə bilməz. Efirdə demişəm ki, mənim itim, pişiyim belə qulaq asa bilməz. Çünki heyvanlara tərbiyə verib bəzi hərəkətləri öyrətmək olar. Həmin verilişdə o müğənninin şəkli də var idi. O mövzuda, o stildə musiqi başqasının da şəkli olsa idi, mən onu da cıracaqdım”.

Damla haqqında daha danışmaq istəmədiyini söyəyən Elza Seyidcahan sözlərinə əlavə edib ki, anası onu efirə çıxmağa qadağa qoyub:

"Mən bu verilişə də gəlməyəcəkdim, saqqızımı oğurlayırlar deyə gəlirəm. Deyəsən, bundan sonra efirlərdən ayağımı kəsəcəm. Anam mənə efirə çıxmağa qadağa qoyub. Düz edir, çünki aparıcı məni çağırıb hansısa müğənni barəsində danışdırır, səhəri gün isə həmin müğənnini otuzdurub verilişlərində tərifləyir”.

Qeyd edək ki, Elza Seyidcahan verlişlərin birində Damlanın şəklini cırıb və barəsində bu sözləri demişdi:

"Adı Məsumədir. Adını edib Damla, yox bir damcı. Elə damcıdır da. Bu gün var, sabah yoxdur. Birazdan dalğa qoyar adını. Olar "Dalğa”. Onunla bir vaxt efirdə oturdum. Mənə dedilər ki, yetim qızdır, qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var imiş”.

Əməkdar artsit daha sonra Tolikin verilişində əməkdar artistə "Üzeyir Hacıbəyov öldü getdi, indi meydan gənclərindir" deməsinə münasibət bildirib:

"Dahi Üzeyir Hacıbəyov ölə bilərmi? Aparıcı deyir ki, o müğənnilərin ordusu var. Bizim bir ordumuz var, o da ki, Milli Ordudur".



Oxşar Xəbərlər

Xəbər lenti