8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda xəstəxananın həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən qadın vəfat edib.
Sozcu.info xəbər verir ki, bu gün səhər saatlarında Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən həmin xəstəxananın qeydiyyat şöbəsinin əməkdaşı, 1978-ci il təvəllüdlü Xavər İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb.
İşlədiyi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadın tibbi müdaxilələrə baxmayaraq keçinib.
Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib.
Faktla bağlı araşdırmalar aparılır.
***
10:25
Bakıda ər arvadının boğazını kəsib.
Sozcu.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində boğazı kəsilib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.