YAP-ın Ağstafa rayon təşkilatının sədri HƏBS OLUNDU - FOTO

YAP-ın Ağstafa rayon təşkilatının sədri HƏBS OLUNDU

 

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs olunub. Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi bildirilir.

İcra başçısı və birinci müavininin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik bu barədə rəsmi açıqlama yoxdur.

Ağstafa rayon İcra Hakimiyyəti başçısının həbs olunan birinci müavini Ramiz Tatarov həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının sədridir.

O, YAP-ın Ağstafa rayon təşkilatının VII konfransında  sədr seçilib.

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahından - mətbuat xidmətindən fakta münasibət bildirilməyib. 



Oxşar Xəbərlər

Xəbər lenti