29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Masallı rayon Prokurorluğundan verilən məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.
Belə ki, məhkəmə İ.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. /APA