Bakıda sabiq icra başçısının oğlu arvadını bıçaqladı

Bakıda sabiq icra başçısının oğlu arvadını bıçaqladı

 

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sozcu.info xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və boğazından bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, D.Bəhmənova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, D.Bəhmənovanın keçmiş yoldaşı Şuşa şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.



Oxşar Xəbərlər

Xəbər lenti