7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Moskvada Vuçetitsa küçəsində 24 yaşlı azərbaycanlı qızın meyiti tapılıb.
"Moskva” İnformasiya Agentliyi xəbər verir ki, onun Moskva Dövlət Universitetinin tibb-stomatologiya fakültəsinin tələbəsi olduğu bilinsə də, kimliyi açıqlanmır.
Hüquq-mühafizə orqanlarından verilən məlumatda tələbə qızın şəhərdə yataqxanalardan birində qaldığı bildirilir. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin məlumata görə, qız kəskin ürək-damar çatışmazlığı nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır və meyit tibbi ekspertizaya göndərilib.