Bakıda iki keçmiş məhkum Pakistan vətəndaşını bıçaqladı

 Bakının Nəsimi rayonunda 20 yaşlı Pakistan vətəndaşı bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Cavadxan küçəsində baş verib. Belə ki, 1996-ci il təvvəllüdlü Pakistan vətəndaşı Khan Sami Ullahanhəmin küçə ilə hərəkət edən zaman naməlum şəxslər onunla mübahisə edib. Nəticədə pakistanlı həmin şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlayıb. Məlum olub ki, hadisəni törədən Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş 37 yaşlı Zaur Hacıbalayev, Yevlax rayon sakini əvvəllər məhkum olunmuş 34 yaşlı Səbuhi Abdullayevdir. Onlar tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti