Qadın oteldə keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirildi


 

Masallıda qətl hadisəsi baş verib.

Sozcu.info-nun APA-nın cənub bürosuna istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında  rayon ərazisində yerləşən otellərdən birində qeydə alınıb.

Salyan rayon sakini, 22 yaşlı Röya Novruz qızı Hüseynova ürək nahiyəsindən  bıçaq zərbəsi alıb. O, aldığı yaradan yerindəcə dünyasını dəyişib.  Qadının meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin  Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin  Lənkəran rayon şöbəsinə gətirilib.

İlkin versiya kimi qətlin R.Novruzovanın keçmiş həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Onun  saxlanılaraq istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda  cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti