Fikrət Qocanın oğlunu öldürən qatilin ittihamı ağırlaşdırılır –Təfərrüat

Fikrət Qocanın oğlunu öldürən qatilin ittihamı ağırlaşdırılır

 

Xalq şairi Fikrət Qocanın oğlunun qətlə yetirənlərdən birinin ittihamı ağırlaşdırılır.

Penitensiar xidmətin tabeçiliyində olan 1 saylı istintaq təcridxanasında saxlanılan Elnur Nəhmədovla qısamüddətli görüşə gəlmiş dayısı, Sabirabad rayon sakini İsa Zülfüqarovun üstünə və əşyalarına baxış keçirilib. Baxış zamanı İsa Zülfüqarovun cibindən içərisində danışıq kartı olan "İ-Phone” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Elnur Nəhmədov Cinayət Məcəlləsinin 120.2.2 və 121.2.1-ci maddələrinə əsasən həbs edilib.

Bu ilin martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yalçın Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində Elnur Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Qeyd edək ki, Yalçın Fikrət oğlu Qocayev xalq şairi Fikrət Qocanın oğludur. 



Oxşar Xəbərlər

Xəbər lenti