Bakıda quldurlar lombardı soydular

 

Bakıda lombardlardan birinə basqın olub.
Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. 
Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub, həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.


Oxşar Xəbərlər

Xəbər lenti