Rusiyada marixuana və silah satışı ilə məşğul olan azərbaycanlı saxlanılıb

Rusiyada marixuana və silah satışı ilə məşğul olan azərbaycanlı saxlanılıb
Rusiyada azərbaycanlıdan 14 kq narkotik və silah götürüldü

“İnterfax Rossiya”nın verdiyi məlumata görə, Rusiyanın ərazi üzrə Narkotiklərin Dövriyyəsinə Nəzarət İdarəsinin əməkdaşları tərəfindən 42 yaşlı işsiz azərbaycanlıdan ümumilikdə 14 kq narkotik vasitə götürülüb. “O, Rusiya ərazisində kimliyini müəyyənləşdirəcək hər hansı sənəd olmadan yaşayır. Axtarış zamanı onun üzərindən tapança, güllələr və ov silahı aşkar edilib” - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Hazırda həmin şəxs barəsində narkotik vasitələrin satışı və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanılıb.


Oxşar Xəbərlər

Xəbər lenti