7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Xaçmazda qətl törədilib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xudat şəhərində şəhər sakini, 1964-cü il təvəllüdlü Bəxtiyar Şahlar oğlu Çobanov yaşadığı evdə tanışı, 1968-ci il təvəllüdlü Hikmət Zahuddin oğlu Babayevi bıçaqlayaraq öldürüb.
Məlumata görə, H.Babayev B.Çobanovun evinə qonaq gəlibmiş. Onlar yeyib-içərkən aralarında mübahisə düşüb və nəticədə B.Çobanov qonağı bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.