9 il əvvəl atasını baltalayan oğul yenidən məhkəmə qarşısına çıxarıldı

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində 9 il öncə atasını qətlə yerirməkdə ittiham olunan Sumqayıt şəhər sakini Azər Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesə hakim Cavid Hüseynov sədrlik edib.

Qətl hadisəsi 2009-cu ildə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində baş verib. A.Yaqubov ailə münaqişəsi zəminində atası Şaban Yaqubovu baltalayıb. Bir müddət sonra isə A.Yaqubov psixi xəstəliyə tutulub. 2009-cu ildə məhkəmə onun məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar çıxarıb.

Hazırda səhhəti normallaşdığından A.Yaqubov yenidən məhkəmə qarşısına çıxarılıb.

İttihama görə, Azər Yaqubov atasını yatdığı yerdə qətlə yetirib. Hadisəyə səbəb Azərin işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirən Azər onu öldürməyi planlaşdırıb. Bu məqsədlə də atasını gecə saatlarında yatdığı yerdə baltayla qətlə yetirib.

A.Yaqubov ona elan olunmuş ittihamla özünü təqsirli bilib . O, ifadəsində atasını bir dəfə balta ilə vurduğunu deyib. Məlum olub ki, A.Yaqubov 9 il öncə istinataq zamanı analoji ifadə verib.

Əməlindən peşman olduğunu deyən A.Yaqubov hadisə zamanı atasının yatmadığını, televizora baxdığını, mübahisə etdiklərini deyib.

Mərhumun hüquqi varisi Anar Yaqubov ifadəsində qardaşından şikayətçi olmadığını göstərib. O, ölənin atası, öldürənin isə qardaşı olduğunu xatırladaraq deyib: "Hadisə 9 il əvvəl baş verib. Mənim şikayətçi olub-olmamağım nəyisə dəyişmir. Hadisə barədə səhər oyananda bildim. Divanın altı qan idi, beyni dağılmışdı".

A.Yaqubovun bacısı Nigar Quliyeva da qardaşından şikayətçi olmadığını, məhkəmədən ədalətli qərar gölədiyini deyib: "Hadisə bir anda baş verib. Qardaşım qəddar adam olmayıb. Hadisə maddi çətinlik üstündə baş verib. Dünyasını dəyişən atamdır. Şikayətçi deyiləm. Məhkəmədən ədalətli qərar gözləyirəm".

Məhkəmə prosesi yanvarın 26-da davam edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti