İşsizlərin müavinətini oğurlayan direktora və mühasibə hökm oxunub –Qərar

İşsizlərin müavinətini oğurlayan direktora və mühasibə hökm oxunub –Qərar

 

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hökmə əsasən, hər iki şəxs barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

İttihama görə, təqsirləndirilən şəxslər 2011-2012-ci illərdə çalışdıqları müddətdə işsiz insanların adına ayrılan müavinətləri mənimsəyiblər. Onlar Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlara verilməli olan müavinətin az hissəsini onlara verib, qalanını isə mənimsəyiblər. Onların 60 min manatdan çox pulu mənimsədikləri bildirilib.

 Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 308.1. (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.



Oxşar Xəbərlər

Xəbər lenti