Azərbaycanda daha 11 qanunsuz miqrant saxlanıldı

 

Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Hindistan, 3 nəfər Pakistan, 2 nəfər Banqladeş və 1 nəfər Əfqanıstan vətəndaşı olmaqla, ümumilikdə 11 nəfər əcnəbi saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən virtualaz.org-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.

Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.



Oxşar Xəbərlər

Xəbər lenti