Paşinyan yenə Qarabağdan danışdı və Tonoyanı dəstəklədi - "Başqa bəyanat versəydi, işdən qovardım..."

Paşinyan yenə Qarabağdan danışdı və Tonoyanı dəstəklədi - "Başqa bəyanat versəydi, işdən qovardım..."

 

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində danışıqlar prosesi davam etdirilməlidir, amma anlamalıyıq ki, nə qədər ki münaqişə həll olunmayıb, istənilən vəziyyətə hazır olmalıyıq”

Sozcu.info  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Erablur” hərbi panteonunda jurnalistlərə açıqlamasında deyib. O, hətta Ermənistan müdafiə naziri David Tonoyanın "ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləməsini dəstəkləyib:


"Əgər müdafiə naziri başqa bəyanat versəydi, onu işdən qovardım. O deyib ki, əgər müharibə olarsa, bizim cəhdimiz bu müharibədə qələbə qazanmaq olacaq və bu, normaldır. Bu cür bəyanat nizamlanma prosesinə heç bir kölgə salmır, əksinə sülh yolu ilə həllin vacibliyini vurğulayır”. 

Qeyd edək ki, bu ilin martın 30-da Tonoyan Amerikadakı erməni icması ilə görüşündə sərsəm bəyanatla çıxış edib: "Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, "ərazi qarşılığında sülh” formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni "yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür”. 

O, həmçinin, bundan sonra Ermənistanın hücum qoşun bölmələrinin sayını artıracaqlarını deyib.



Oxşar Xəbərlər

Xəbər lenti