8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistanın sabiq prezidenti Robert Koçaryan həbsxanadan tərəfdarlarına məktubla müraciət edib.
Sozcu.info xəbər verir ki, o, Nikol Paşinyan hökumətini siyasi savadsızlıqda və kobud səhvlərdə ittiham edib.
"Yaxın vaxtlarda biz məyusluq dalğasının şahidi olacağıq. Daxili və xarici siyasətdə, iqtisadiyyatda fiksə olunacaq səhvlərin bədəli çox ağır olacaq. Təəssüf ki, hər birimiz bu səhvlərə görə cavab verəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən səhv ağır nəticələrə səbəb ola bilər”- deyə məktubda deyilir.
Özünü siyasi məhbus elan edən Robert Koçaryan Nikol Paşinyana qarşı mübarizəsini sona qədər davam etdirəcəyini də vurğulayıb.