Yeni rektorun bu qərarı - Etirazlara səbəb oldu

Yeni rektorun bu qərarı - Etirazlara səbəb oldu

 


Bakı Slavyan Universitetində söküntü işləri aparılır.

Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıblar. Ən çox diqqət çəkən məqam isə universitetin giriş hissəsinin fasadında olan mozaikanın sökülməsidir. Xəbərə görə, sözügedən məşhur mozaika BSU-ya yeni təyin edilmiş rektor Nurlana Əliyevanın göstərişi ilə sökülüb(qafqazinfo).

Qeyd edilir ki, BSU tarixində təhsil müəssisəsində aparılmış təmirlər zamanı universitetin görünüşünə dəyişikliklər edilsə də, bu mozaikaya toxunulmurdu. Bu söküntü tələbələr və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanıb.

Xatırladaq ki, BSU üzərində həkk edilmiş həmin mozaikada Azərbaycanın tanınmış şair və yazıçıları təsvir edilmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti