Yeltsin Kareliyanı Finlandiyaya satmaq istəyirmiş - 15 MİLYARD DOLLARA

Yeltsin Kareliyanı Finlandiyaya satmaq istəyirmiş -

 

SSRİ-nin dağıldığı dövrdə Rusiya rəhbərliyi Kareliyanın satılması variantını ciddi şəkildə nəzərdən keçirirmiş. Belə ki, 1991-ci ildə şimal qonşumuz özünün subyektlərindən birini Finlandiyaya təhvil verməyi düşünüb.Sozcu.info xəbər verir ki, bunu "Helsingin Sanomat” nəşrinə o zamankı xarici işlər nazirinin müavini Andrey Fyodorov deyib.

Onun sözlərinə görə, 1991-ci ilin iyulunda Fyodorovun, XİN başçısı Andrey Kozırevin və Rusiya Federasiyasının o vaxtkı rəhbəri Boris Yeltsinin müşaviri Gennadi Burbulisin daxil olduğu komissiya muxtariyyət uğrunda mübarizə aparan və ərazisində ekstremist hərəkatların yarana biləcəyi, həmin problemi beynəlxalq səviyyədə həll etməyin lazım ola biləcəyi regionların siyahısını hazırlayıb. Bu siyahıya "İtirilmiş Kareliya”, başqa sözlə, 1940-cı ilin Moskva müqaviləsi əsasında SSRİ-yə keçmiş torpaqlar da yer alıb. Bundan başqa, siyahıya Kuril adaları, Latviya ilə sərhəddə Pıtalov rayonu, Kalininqrad vilayəti, Krım və Amur çayı boyunca Çinlə sərhəd daxil edilib.

Elə həmin il Rusiya dövləti, Fyodorovun bildirdiyinə əsasən, aşkar edib ki, sovet xəzinəsi, demək olar ki, boşdur. Bu səbəbdən onlar Kareliyanın Finlandiyaya satılmasının mümkün qiymətini hesablayıblar: 15 milyard dollar. Kuril adaları ilə Pıtalovo rayonunu da satmaq planlaşdırılıb. Bunu 2007-ci ildə Fyodorov "Arqumentı nedeli” qəzetindəki məqaləsində də qələmə almışdı.

Andrey Fyodorov

Həmin il o, "Helsingin Sanomat” nəşrinə müsahibə verib və söhbət əsnasında güman etdiyini dilə gətirib ki, Finlandiyanın xarici işlər naziri Paavo Vayurünen və prezident Mauno Koyvisto bu planlardan xəbərdar olublar. İndi isə məlum olur ki, Finlandiya hökumətinin satış variantından xəbəri olmayıb, çünki bu planlar bağlı qapılar arxasında müzakirə edilib. Prezident Koyvisto ötən il vəfat edib, Vayurünen isə HS-ə bildirib ki, məsələdən heç bir məlumatı olmayıb.

Eyni zamanda, Boris Yeltsinin Rusiya prezidenti olduğu dövrdə dövlət katibi vəzifəsində çalışmış Gennadi Burbulis bildirib ki, Rusiya rəhbərliyi heç vaxt Kareliya Respublikasının Finlandiyaya satılması məsələsini gündəmə gətirməyib.

"Belə bir şey heç vaxt ola bilməzdi”, - o deyib.

Xarici işlər üzrə Rusiya şurasının baş direktoru Andrey Kortunov RBK-ya müsahibəsində qeyd edib ki, Fyodorovun dedikləri "bir qədər uydurmadır” və əlavə edib ki, Kareliyanın satışı XİN-də iş rejimində müzakirə oluna bilərdi, lakin satış barədə söhbət belə gedə bilməzdi. "Rəsmi olaraq bu məsələ heç vaxt qaldırılmayıb”, - o vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti