7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək ("Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.
Bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.
"Biz qonşularımızla münasibətləri normallaşdırırıq. Rusiya ilə müxtəlif sahələr – kənd təsərrüfatı, energetika, iqtisadiyyat, turizm sahələri üzrə danışıqlar aparılır. Biz göstəricilərimizi əvvəlki səviyyəyə qaytarmaq və hətta ondan daha yuxarı səviyyəyə çatdırmaq niyyətindəyik”, – deyə Ərdoğan qeyd edib. (APA)