Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“ONLARIN SOYADI “YAN”LA BİTSƏ DƏ...” –
Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu?
Co Bayden and içər-içməz Ermənistanda ABŞ-ın yeni administrasiyasından İrəvana böyük dəstək gələcəyinə, Azərbaycana və Türkiyəyə güclü təzyiq göstəriləcəyinə dair siyasətçilərin, politoloqların şərhləri havada uçuşmağa başladı. Lakin belələrilə yanaşı, vəziyyəti real dəyərləndirən və Ermənistanın ABŞ üçün, olsa-olsa, sadəcə, Türkiyəyə, yaxud Rusiyaya qarşı alət kimi istifadə ediləcəyini, İrəvanın isə bundan heç bir ciddi qazanc əldə etməyəcəyini anlayan və bunu söyləyənlər də var.
Əslində, Ermənistanda həmişəki kimi Moskvanın “qucağında” otursa da, bir gözü Qərbdə, Amerikada olan siyasi elitanın Co Bayden hakimiyyətindən nəsə gözləməsi təsadüfi sayılmamalıdır. Onları
Baydenin
özünün, Asiya mənşəli
vitse-prezident Kamala Harrisin
, həmçinin dövlət katibi postuna namizədliyi irəli sürülən
Entoni Blinkenin
ermənipərəst olmaları, eləcə də yeni administrasiyada bir neçə erməni mənşəli şəxsə vəzifə verilməsi xeyli ümidləndirir.
Məsələn, ötən gün Ermənistan mətbuatında dövlət katibi postunu tutacağı şübhə doğurmayan E.Blinkenin Qarabağ münaqişəsi və 44 günlük müharibə, eləcə də Türkiyənin regiondakı rolu və xarici siyasətilə bağlı fikirlər sevinclə qarşılanıb və buna dair müxtəlif şərhlər verilib. Blinken ermənipərəst senator
Robert Menendesin
sorğusuna cavab olaraq, ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk Qrupunun iştirakıyla regionda
“təkcə Əliyev, Ərdoğan və Putinin deyil, ermənilərin də maraqlarını əks etdirən dayanıqlı sülhə
” nail olunmasının vacibliyindən danışıb. Gələcək dövlət katibi bir qədər də irəli gedərək, Ermənistana təhlükəsizliklə bağlı yardım edilməsini dəstəklədiyi halda, Azərbaycana edilən yardıma yenidən baxılmasının tərəfdarı olduğunu bildirib. Sonda isə hətta “lazım gələrsə”, Azərbaycana qarşı bədnam 907-ci düzəlişin yenidən tətbiqinin mümkünlüyünü qeyd edib.
E.Blinken həmçinin, Senatdakı çıxışı zamanı Türkiyə ilə bağlı ermənilərin qulağına xoş gələn fikirlər səsləndirib:
“Problem ondadır ki, müttəfiq dövlət olan Türkiyə, bəzi hallarda müttəfiqin etməməli olduğu hərəkətlərə yol verir. Bu, bizim üçün kifayət qədər ciddi problemdir və biz situasiyanı real dəyərləndiririk.”
Ermənistanda bu açıqlamalardan və ümumilikdə ABŞ-ın yeni administrasiyasının ermənipərəstliyindən ruhlananlara elə erməni politoloqlarının arasında “sakitləşməyi” məsləhət görənlər də az deyil. Məsələn,
siyasi təhlilçi Arman Vaneskeqyan
mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirib. İlk növbədə qeyd edib ki, yeni administrasiyada erməni əsilli şəxslərin vəzifə tutması heç bir əhəmiyyət daşımır:
“Başlıca məsələni unutmaq olmaz; hətta soyadı “yan”la bitənlər də ilk növbədə ABŞ vətəndaşlarıdır, yalnız sonra milliyyətcə ermənidirlər. Və onlar ilk növbədə, ABŞ-ın maraqlarına uyğun fəaliyyət göstərəcəklər”.
Politoloq erməni lobbiçiliyinə işarə edərək qeyd edib ki, Ağ Evdə lobbiçilik institutu qalsa da,
“lobbiçilik yalnız Ağ Evə sərf edəndə işə düşür”.
Bütün bunlarla yanaşı, Vaneskaqyanın fikrincə, dünyada və regionda Rusiya və İrana qarşı hərəkət edən ABŞ Türkiyə ilə münasibətləri qaydaya salmaq, yaxud ona təzyiq etmək üçün Ermənistandan, sadəcə, bir alət kimi istifadə edə bilər, vəssalam.
Politoloq qeyd edib ki, hətta əgər ABŞ-ın yeni administrasiyasının istəyilə Cənubi Qafqaz regionu böyük güclərin və iri dövlətlərin qarşıdurma meydanına çevriləcəyi təqdirdə belə, bu güclər üçün regiondakı kiçik dövlətlərin taleyi deyil, öz qlobal geopolitik və ideoloji maraqları önə çıxacaq. Ona görə də, Ermənistanın ABŞ-dakı administrasiya dəyişikliyindən böyük ölçüdə ümidlənməsi mənasızdır.
Azərbaycana gəlincə, erməni politoloq qeyd edir ki, yeni ABŞ administrasiyasının ölkəmizə münasibətinin yalnız mənfi çalarlar üzərində qurulacağını düşünmək sadəlövhlükdür:
“Bakı öz ordusunun NATO standartına uyğun təkmilləşdirilməsini Türkiyəyə etibar edib. Bu isə prinsip etibarilə ABŞ üçün çox yaxşı haldır.”
Yeni administrasiyanın Türkiyə ilə münasibətlərinə gəlincə, Vaneskaqyan hesab edir ki, xüsusilə də Cənubi Qafqaz regionunda ABŞ üçün ən sərfəli variant rəsmi Ankara ilə əməkdaşlıq etməkdir.
Çünki bu region cənubdan İran, şimaldan isə Rusiya kimi ABŞ-ın ən əsas rəqibləri, hətta düşmənlərilə əhatə olunub. ABŞ-ın NATO üzrə müttəfiqi olan Türkiyə isə faktiki olaraq bu regiona girməyi bacarıb və onun Azərbaycanla ideal münasibətləri var...
Əlavə olaraq, onu da qeyd edək ki, heç Donald Tramp administrasiyası da Türkiyəyə qarşı “isti münasibətilə” seçilmirdi, lakin heç nə, heç bir təzyiq Rəcəb Tayyib Ərdoğanın qarşısını ala bilmədi və Türkiyə nəinki regionda, dünyada aparıcı dövlətlərdən birinə, siyasi və iqtisadi gücə çevrilməkdə davam edir.
Ermənistanda Vaneskaqyan kimi düşünənlər çoxdur və onlar ilk növbədə anlayırlar ki, Ağ Evdə prezidentin, yaxud dövlət katibinin kim olması, onların bu və ya digər ölkəyə münasibəti ABŞ-ın dövlət maraqları ilə müqayisədə elə bir böyük əhəmiyyət kəsb etmir. Həmin maraqlar isə Cənubi Qafqazın iqtisadi, hərbi, siyasi cəhətdən ən güclü, enerji resurslarının istehsalı və nəqli və s. cəhətlərinə görə ən əhəmiyyətli ölkəsi olan Azərbaycanı gözardı etməyi mümkünsüz edir.
Böyük ehtimalla Azərbaycan da bu dönəmdə “əlini sallayıb” durmayacaq, yəqin ki, ABŞ-ın yeni administrasiyası, eləcə də onun digər müttəfiqlərilə əlaqələri sıxlaşdıracaq. Həmçinin, ölkə daxilində real siyasi, iqtisadi islahatları dərinləşdirməklə mövqelərini qoruyub saxlayacaq və daha da gücləndirəcək.
Oxşar Xəbərlər
Bayden Trampı yalan danışmaqda günahlandırdı
Co Baydenin siyasəti Trampın siyasətindən nə qədər fərqlənəcək?
Co Baydenin siyasəti Trampın siyasətindən nə qədər fərqlənəcək?
Ankaranın Bayden narahatlığı
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq