ABŞ Konqresi Trampdan şübhələnir!

ABŞ Konqresi Trampdan şübhələnir!

 

Sozcu.info  «azpolitika.info»ya istinadən xəbər verir ki, ABŞ Konqresində Prezident Donald Trampın Rusiya ilə mümkün əlaqələrinin araşdırılmasına çağırışlar olub.
«Biz, həqiqəti bilmək üçün onun vergi hesabatlarını görmək istəyirik» – deyə, demokratların Nümayəndələr Palatasındakı lideri Nensi Pelosi bəyan edib. O, qeyd edib ki, ABŞ Prezidentinin əlaqələrini Federal Təhqiqat Bürosu (FTB) araşdırmalıdır.

Bundan əvvəl «CNN» telekanalı xəbər vermişdi ki, Rusiyanın əlində Donald Trampa aid kompramat var. Kreml isə bu iddianı təkzib edir.


Oxşar Xəbərlər

Xəbər lenti