8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Oktyabrın 27-si Pakistan İslam Respublikasında Kəşmirin Qara günü (Kashmir Black Day) kimi qəbul olunur.
Strateq.az xəbər verir ki, bununla bağlı Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand mətbuat konfransı keçirib. Kəşmirin işğalı haqqında sənədli filmin nümayişindən sonra səfir 1947-ci ildə baş verən hadisələr barədə qısa məlumat verib. 27 oktyabrın insanlıq tarixində qara ləkələrdən biri olduğunu deyən diplomat, həmin tarixdə Hindistan ordusunun Cammu və Kəşmirdə böyük vəhşiliklər törətdiyini deyib: "BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, həmin bölgədə bu gün də terror hadisələri törədilir. Keçən il iyul ayından 2017-ci ilin sentyabrına kimi 460 günahsız insan Kəşmirdə qətlə yetirilib. Bu günə kimi 20 mindən çox insan yaralanıb, 200 nəfərdən çox insan atılan zəhərli güllələrdən görmə qabiliyyətini itirib, qadınlara qarşı zorakılıq halları baş verib”. Səfir deyib ki, 70 ildir Kəşmirin müqərəddatı məsələsi həllini tapmır və Hindistan BMT TŞ-nın qətnamələrinə hörmətlə yanaşmalıdır. Onun sözlərinə görə, Pakistan hökuməti bu günə kimi Cammu və Kəşmirə dəstəyini əsirgəməyib və bundan sonra da dəstək göstərməkdə davam edəcək. S.X. Mohmand Dağlıq Qarabağla Kəşmir problemi arasında müqayisə apararaq Dağlıq Qarabağın Ermənistan, Kəşmirin isə Hindistan tərəfindən işğal edildiyini, bunların hər ikisinin insanlıq faciəsi olduğunu söyləyib.
L.SƏMLA