8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vaşinqton yeni nüvə doktrinası ilə Çinin nüvə potensialının təhdidlərini çox şişirdib.
Oxu.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"ABŞ Müdafiə Nazirliyi ölkələrinin nüvə doktrinasını dərc edib, sənəddə Çinin inkişaf planları haqqında absurd gümanlar irəli sürülüb, Çinin nüvə qüvvələrinin təhdidi şişirdilib. Biz qəti şəkildə etiraz edirik”, - deyə məlumatda bildirilib.
Hərbi idarədən qeyd ediblər ki, Çin nüvə silahını birinci tətbiq etməmək və nüvə potensialına malik olmayan ölkələri bu silahla təhdid etməmək prinsipinə sadiq qalmaqdadır.
"Ümid edirik ki, ABŞ Çin tərəfi ilə birgə qarşılıqlı addımlar atacaq ki, iki dövlətin silahlı qüvvələri ikitərəfli münasibətlərdə sabitləşdirici amil olsun, həmçinin regional və qlobal sülh, sabitlik və rifahın birgə müdafiəsi uğrunda çıxış etsinlər”, - deyə Çin Müdafiə Nazirliyindən bildiriblər.
Virtualaz.org xatırladır ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bundan əvvəl öz "Twitter" hesabında ABŞ-ın məlum doktrinasının nüvə silahının yayılmaması barədə müqaviləyə zidd olaraq nüvə silahından böyük asılılığı əks etdirdiyini bildirmişdi: "Bu doktrina bəşəriyyəti məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək dünyanın sonuna daha çox yaxınlaşmışıq. Trampın Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin düşüncəsizlikdən irəli gəlir".