AZAL-ın təyyarəsini qarşılayan aeroport işçisini maşın vurdu

AZAL-ın təyyarəsini qarşılayan aeroport işçisini maşın vurdu
Türkiyənin İstanbul şəhərinin Atatürk hava limanında AZAL-ın təyyarəsinin enişi zamanı insident baş verib.

Türkiyə KİV xəbər verir ki, Çelebi Hava Servisi şirkətinin təyyarəni qarşılayan və park sahəsinə istiqamətləndirən əməkdaşını maşın vurub.

Bakıdan İstanbula J2-079 reysi ilə uçan təyyarə yerli vaxtla oktyabrın 11-də saat 18.40-da aerporta enib. Təyyarə daha sonra daxili xətlər terminalının park sahəsinə yönləndirilib.

Bu zaman Çelebi şirkətinin əməkdaşı Kenan Ecer elindəki çubuqla təyyarəyə istiqamət verərkən baqaj xidməti göstərən “Turkish Ground Services” şirkətinin mikroavtobusu onu vurub.

Qəzada Kenan Ecer başından və ayağından yaralanıb. O, xəstəxanaya aparılıb.


Oxşar Xəbərlər

Xəbər lenti