17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar "20-ci sahə” yolunda sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib.
RSXM İnformasiya şöbəsindən virtualaz.org-a verilən məlumata görə, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrin əməkdaşları Bakı şəhərinə geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.
Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində işləyirlər.
Qeyd edək ki, oktyabrın 11-dən başlayaraq Mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.