Zakir Həsənov Azərbaycan Ordusuna 20 yanvar faciəsi ilə bağlı tapşırıq verdi - Silsilə tədbirlər keçiriləcək

Zakir Həsənov Azərbaycan Ordusuna 20 yanvar faciəsi ilə bağlı tapşırıq verdi - Silsilə tədbirlər keçiriləcək

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib.

Sozcu.info  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı "dəyirmi masa"ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi, Naxçıvan və Gəncə Qarnizon Zabitlər Evləri kollektivlərinin iştirakı ilə faciəyə dair bədii kompozisiya və tamaşaların, eləcə də sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.

Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.


Oxşar Xəbərlər

Xəbər lenti